Ukraynada 331 mülki şəxs həlak olub - BMT 

22:27 04.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibə başlayandan indiyədək azı 331 mülki şəxs həlak olub.

 

Hafta.az xəbər verir ki, bu barədə BMT-nin məlumatında qeyd olunub.

 

Bildirilir ki, hərbi əməliyyatlar zamanı 675 nəfər mülki şəxs yaralanıb.

 

Məlumata görə, ölənlərdən 19-u azyaşlıdır. Qurbanların əksəriyyəti ağır artilleriya atəşi, çoxsaylı raket zərbələrindən həyatını itirib.